Mart 25, 2020 21:10 Asia/Baku
  • Fransada ev karantini 6 həftə sürməlidir
    Fransada ev karantini 6 həftə sürməlidir

Fransa elmi ekspertlər şurası Makron hökumətinə tövsiyədə vurğulayıb ki, koronavirusu aradan götürmək üçün bu ölkədə ev karantini altı həftə davam etməlidir.

Fransa səhiyyə nazirliyinin elmi ekspertlər şurası bu ölkə prezidenti Emmanuel Makrona bildirib ki, koronavirusla ciddi mübarizə üçün bir həftə bundan öncə başlanmış tədbirlərin artırılması zəruridir.

Koronavirus pandemiyasının ardınca Fransa hökuməti martın 17-də bildirdi ki, insanlar zəruri hallar və qanuni icazə istisna olmaqla iki həftə müddətinə öz mənzillərindən çıxmaq haqqına malik deyillər. Bu hökumət həmin qanunun tətbiqi üçün 100 min nəfərdən çox polis qüvvəsini işə götürüb. 

Fransa ictimai səhiyyə təşkilatının baş direktoru Jerom Salomon bildirib ki, ötən 24 saat ərzində daha 434 nəfərin COVID-19 sınağı müsbət elan olunubdur ki, bu hesabla həmin ölkədə yoluxanların sayı ümumilikdə 22 min 300 nəfərə çatıb və bazar ertəsilə müqayisədə 12 faiz artıbdır.

Fransada koronavirusdan irəli gələn ölüm hallarının 1100 nəfərə artması ilə bu ölkə Çin, İtaliya, İran və İspaniyadan sonra beşinci yerdə durur.

FRANSADA EV KARANTİNİ 6 HƏFTƏ SÜRMƏLİDİR

 

Teqlər