İnqilab Rəhbərinin Həzrət Əbulfəzl Abbas(ə)-ın mövlud günü ilə bağlı müraciəti
Qəməri Bəni Haşim- Həzrət Əbulfəzl Abbas(ə)-ın mövludunun ildönümü və «hərbi əlil» günündə İslam İnqilabının Böyük Rəhbəri bir müraciət yayaraq, İslam İnqilabı əlillərinin mövqelərini yüksək qiymətləndiriblər.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin müraciətində deyilir: Əbədiyyətə qədər Kərbəla ələmdarı iftixarına malik olan Qəməri Bəni Haşim- Həzrət Əbulfəzl Abbas(ə)-ın mövludu günü münasibətilə/ adları, bu gün ilə üst-üstə düşmək iftixarına malik olan İranın əziz hərbi əlillərini təbrik edirəm.
O həzrət əlavə ediblər: Siz hərbi əlillər, fədakar mücahidlər və şəhidlər yaşayırsınız və sizin gözləriniz və ürəkləriniz ilahi mükafatla işıqlanacaqdır.
İslam İnqilabının Böyük Rəhbəri Allah-Taaladan hərbi əlillər və onların səbirli ailələri üçün cansağlığı, başıucalıq, səbir və uğur diləyiblər.
Hər il hərbi əlil günündə İslam İnqilabının Böyük Rəhbəri tərəfindən heyətlər Tehranda və İranın digər bölgələrində hərbi əlillərin xatirələrini anmaq üçün onların mənzillərinə və sanatoriyalara baş çəkərdilər ki, bu il koronavirus pandemiyasına, həmçinin səhiyyə rəsmilərinin ictimai məsafəyə riayətə dair təkidlərinə görə, həmin görüşlər ləğv olunubdur.
Bu gün, 1441-ci hicri qəməri ili şəbanın 4-ü, 2020-ci il martın 29-u, Həzrət Əbulfəzl Abbas(ə)-ın mövlud günüdür.
Həzrət Əbulfəzl Abbas(ə) Aşura qiyamının qəhrəmanlarındandır. O, bir fədakarlıq nümunəsi olaraq dünya şiələrinin üçüncü imamı, İmam Hüseyn(ə)-a olan eşq və məhəbbətini öz şəhadəti ilə ən gözəl formada nümayiş etdirdi. Beləliklə həqiqət yolunun davamçıları üçün sədaqətin layiqli nümunəsi ləqəbini aldı.
İNQİLAB RƏHBƏRİ "HƏRBİ ƏLİL" GÜNÜNÜ TƏBRİK EDİBLƏR