Moskva sakinlərinin bu gündən etibarən evdən çıxmağa haqarı yoxdur
Moskva meri bildirib ki, bu gündən etibarən heç bir Moskva sakininin evdən çölə çıxmağa haqqı yoxdur.
Sergey Sabrin Rusiya paytaxtında ev təcridi vəziyyətini elan edərək, bildirib ki, bu plan bütün yaşlarda olan şəxslərə şamil olur.
Onun sözlərinə görə, evdən çıxmaq yalnız həyat və sağlamlığın birbaşa şəkildə təhdid olunduğu hallarda və təcili yardım xidmətindən istifadə zamanı mümkündür.
Bunlardan əlavə, Moskva meri koronavirusla mübarizə qanunlarına görə işsiz qalmış bütün şəxslərə kompensasiyanın ödənişi barədə göstəriş verib. Bu məbləğin miqdarı hər ayda təqribən 250 ABŞ dolları qədər olacaqdır.
Rusiyada COVID-19-a yoluxanların sayı ötən bir sutka ərzində 270 yeni halın qeydə alınması ilə 1534 nəfərə çatıb və indiyədək altısı Moskva sakini olmaqla səkkiz nəfər həyatını itiribdir.
Rəsmi adı COVID-19 olan koronavirus ilk dəfə 2019-cu ilin sonlarında Çinin Uhan şəhərində aşkar edilib.
Bu virus hazırda Çindən əlavə, 195-dən çox ölkəyə də sirayət edibdir.
Son statistikalara görə, indiyədək dünyada 685 min 872 nəfər bu virusa yoluxub. Bu miqdardan 146 min 400 nəfər sağalıb, 32 min 232 nəfər isə vəfat edibdir.
MOSKVA SAKİNLƏRİNİN EVDƏN ÇIXMAĞA HAQLARI YOXDUR