ABŞ İranla nüvə həmkarlıqları güzəştlərini 60 gün uzadıb
https://azeri.sahartv.ir/news/Özəl-i360001-abŞ_İranla_nüvə_həmkarlıqları_güzəştlərini_60_gün_uzadıb
ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus bildirib ki, Vaşinqton digər ölkələrin İranla nüvə həmkarlıqları ilə bağlı dörd güzəşti daha 60 gün müddətinə uzadıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 31, 2020 17:19 Asia/Baku
  • ABŞ İranla nüvə həmkarlıqları güzəştlərini 60 gün uzadıb
    ABŞ İranla nüvə həmkarlıqları güzəştlərini 60 gün uzadıb

ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus bildirib ki, Vaşinqton digər ölkələrin İranla nüvə həmkarlıqları ilə bağlı dörd güzəşti daha 60 gün müddətinə uzadıbdır.

Ortaqus tvitter-də, bu xəbəri verib. O, eyni zamanda Amerikanın İrnaın dinc məqsədli nüvə proqramına qarşı əsassız iddialarını bir daha təkrarlayıb.

Amerika hökuməti sonuncu dəfə bu il yanvarın 30-da İranla dinc nüvə həmkarlıqları ilə bağlı güzəştləri 60 günlük bir müddət üçün uzatmış və onunla eyni zamanda İranın Atom Enerjisi Təşkilatına və onun sədri Əli Əkbər Salehiyə sanksiyalar tətbiq etmişdi.

İranla dinc nüvə həmkarlıqları nüvə anlaşmasındakı maddələrdən biridir.

Bununla belə, Tramp hökuməti indiyədək bu güzəştlərin bəzilərini, o sıradan zənginləşdirilmiş uranın və ağır suyun İrandan kənara köçürülməsini ləğv edibdir.

Amerikanın bu hərəkətləri BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi və nüvə anlaşmasının maddələri ilə təzad təşkil edir.