Apr 01, 2020 14:05 Asia/Baku
  • İranda koronavirusa yoluxmanın tənəzzül etməsi düzgün yolun seçildiyini göstərir
    İranda koronavirusa yoluxmanın tənəzzül etməsi düzgün yolun seçildiyini göstərir

İran İslam Respublikasının prezidenti xalqın ictimai məsafəsaxlama layihəsindəki həmkarlığına görə təşəkkür edərək, deyib ki, İranın bütün vilayətlərində koronavirusa yoluxmanın tənəzzül etməsi xalqın və tibb icmasının koronavirusla mübarizədə düzgün yol seçdiklərini göstərir.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün nazirlər kabinetinin iclasında İranda koronavirusa yoluxmanın tənəzzül etməsinə işarə edib və belə deyib: Koronavirusla mübarizədə dünyanın inkişaf etmiş ölkələrinin İranla müqayisədəki hazırkı vəziyyəti İran xalqının düşmənlərin yalanları və cəfəngiyyatlarına olduqca qətiyyətli və dağıdıcı cavabıdır.

Ruhani bildirib ki, İranın istehsal obyektləri ölkənin ehtiyaclarını təmin etmək üçün çox yaxşı səy göstəriblər. O, belə qeyd edib: Dövlət və özəl sektorlarının iştirakı ilə bütün xalq təbəqələri və xəstəxanalara lazım olan maska və dezinfeksiyaedici maddələr yetərincə miqdarda istehsal olunur.

İran İslam Respublikası prezidenti sonra söyləyib: Çox iddialı və iri sənaye ölkələrində tibb avadanlıqlarının çatışmadığı bir halda, İranda ventilyator adlanan süni tənəffüs aparatı, həmçinin həkim və şəfqət işçilərinin digər ehtiyacları kifayət qədər istehsal olunaraq, xəstəxanaların ixtiyarına qoyulur.

Ruhani daha sonra vurğulayıb ki, koronavirus pandemiyası amerikalıların İran xalqı ilə düşmənçiliklərini daha artıq üzə çıxarıbdır. O, deyib: Təəssüflər olsun ki, amerikalılar belə bir sərt beynəlxalq şəraitdən də ibrət dərsi almadılar, halbuki bu, amerikalıların öz yanlış yollarından geri dönmələri üçün ən yaxşı tarixi fürsət idi.

İran İslam Respublikası prezidenti amerikalıların İrana qarşı qanunsuz sanksiyalar tətbiq etmək üzrə xəyanətlərinin davam etməsinə də işarə edib. Qeyd edib ki,sərt sanksiyalara rəğmən, məşğulluq problemlərinin aradan qaldırılması üçün təqribən on milyard dollar nəzərdə tutulubdur ki, bu yardımlar kredit, əvəzsiz yardımlar və məişət paketləri formasındadır.

RUHANİ İRANDA COVID-19-LA DÜZGÜN MÜBARİZƏDƏN DANIŞIB

Teqlər