BVF VƏ DB öz vəzifələrinə əməl etsinlər
İran İslam Respublikasının prezidenti vurğulayıb ki, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı öz vəzifələrinə əməl etsinlər. O, deyib: Əgər bu çətin şəraitdə onlar öz vəzifələrinə əməl etməzlərsə, dünya bu məsələdən ayrı bir qənaətə gələcəkdir.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün nazirlər kabinetinin iclasında bildirib ki, İran ötən əlli ildə Beynəlxalq Valyuta Fondundan yardım istəməyib və öz vəzifələrinə də əməl edibdir. O, sonra söyləyib: Əgər bu fond İran ilə digər ölkələr arasında ayrı-seçkilik edərsə, bu addım qəbul edilməyəcəkdir.
Amerikanın birtərəfli yanaşmasına toxunan Ruhani deyib: Amerika həmişə unilateralist olub və koronavirus xəstəliyində də özünün qeyri-düzgün təfəkkürləri və yanlış gedişatını davam etdirir.
İran İslam Respublikasının prezidenti bildirib ki, Ağ Ev iqtisadi məsələlərdən əlavə, müalicə məsələrində də terrorçudur. O, deyib: Koronavirus məsələsində amerikalılar Ümumdünya Səhiyyə Təşkilatının 2005-ci il qərarını pozublar. Bu qərarda deyilir ki, hamı infeksiyon xəstəliklərdə bir-biirlə əməkdaşlıq etməlidir.
Ruhani belə qeyd edib: Amerikadakı hakim dairələrin bu biabırçılığı tarixdə qalacaqdır ki, belə bir şəraitdə İran xalqına qarşı təzyiqlərini davam etdirirlər.
Ruhani bildirib ki, İran xalqı tarix boyu tab gətirib və bu dəfə də tab gətirəcəkdir.
O, deyib: Bu gün İran sınaq şüşələri istehsalında müstəqil olmaqdadır və ölkə məhsulları yeni metodlar və texnologiyalarla günü-gündən artacaqdır.
BVF VƏ DÜNYA BANKI ÖZ VƏZİFƏLƏRİNƏ ƏMƏL ETSİNLƏR