Apr 13, 2020 13:00 Asia/Baku
  • OPEK Plus neft hasilatının azaldılması ilə razılaşıb
    OPEK Plus neft hasilatının azaldılması ilə razılaşıb

OPEK-ə üzv və qeyri-üzv ölkələr may və iyun aylarında neft hasilatının gündə 9 milyon 700 min barrel azaldılması ilə razılaşıblar.

OPEK Plus Meksika ilə yanaşı çıxılmaz vəziyyətə qalib gələrək, ən böyük neft hasilatı azaldılmasını təsdiq edibdir.

İnformasiya mənbələrinin sözlərinə görə, OPEK Plus Meksika ilə saziş etdikdən sonra may və iyun aylarında neft hasilatının gündə 9 milyon 700 min barrel azaldılması ilə razılaşıbdır.

İran, Venesuela və Liviya bu razılaşmanı icra etməkdən azaddırlar.

Meksikadan istənilmişdi ki, öz neft hasilatını gündəlik 400 min barrelədək azaltsın, amma Mesikanın bu təklifə qarşı çıxması bais oldu ki, razılaşmanın qətiləşməsi dörd gün təxirə düşmüş olsun.

Sonda qərara alındı ki, bu ölkə öz hasilatından gündə təkcə 100 min barrel azaltsın. Yerdə qalan 300 min barreli Amerika Meksikanın adından azaldacaq ki, razılaşdırılmış rəqəm, on milyon barrelə çatmış olsun. Bu qərar neft qiymətinin kəskin tərzdə azalmasına gətirib çıxaran koronavirus pandemiyasının və beynəlxalq tələbin azalmasının qızğın çağında qəbul olunub.

«IHS Markit» şirkətinin sədr müavini Danil Bergin bu haqda deyib: Bu razılaşma dünya üzrə neft sənayesinə, milli iqtisadiyyatlara və digər sənayelərə imkan verir ki, daha dərin bir böhranın yaranmasının qarşısını almış olsunlar. O, sonra deyib: Bu qərar neftin toplanması və onun qiymətinin azaldılması üzrə təzyiqin artmasının qarşısını alacaq.

Rusiya, Amerika və Ərəbistan başçıları neft bazarı barədəki telefon söhbətlərində fikir mübadiləsi aparıblar və üç tərəf danışıqların davam etdirilməsinə təkid etməkdən əlavə, OPEK Plus formasında neft hasilatının azaldılması və qara qızıl bazarının sabitliyi barədə yeni razılaşmanın əldə olunmasını alqışlayıbdır.

Dünya bazarlarında neftin qiyməti OPEK Plus-un təqdimin azaldılması barədəki tarixi qərarından sonra bir dollardan çox artıbdır.

Röyters-in bugünkü məlumatına görə, xam Brent neftinin qiyməti bir dollar 23 sent, yəni 3,9 faiz artaraq, barreldə 32 dollar 71 sentə çatıb. Həmçinin Amerikanın «Vest Texas İntermidiyet» neftinin qiyməti də bir dollar 39 sent, yəni 6,1 faiz qalxaraq, barreldə 24 dollar 15 sentə çatıbdır.

OPEK-PlUS NEFT HASİLATININ AZALDILMASI İLƏ RAZILAŞIB

Teqlər