İranda ehtiyaclılara mömincəsinə yardım və yekdillik manevri
Koronavirus pandemiyası nəticəsində öz peşələrini itirmiş şəxslərə, həmçinin bu xəstəlikdən zərər çəkən təbəqələrə və ehtiyaclılara yardım və xidmətin göstərilməsi istiqamətində ümumölkə «mömincəsinə yardım» manevri bütün İranda xalq bazalarının mehvərliliyi ilə başlanıb.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei şəban ayının 15-i, dünya şiələrinin on ikinci imamı, İmam Zaman(əc)-in mübarək mövludunun ildönümü günündə televiziya ilə etdikləri çıxışlarında İran xalqından yoxsullara və ehtiyaclılara mömincəsinə yardım və yekdillik üçün bütün ölkədə geniş manevrin keçirilməsini istədilər.
Belə bir halda, İranda bütün xalq və cihad qrupları məsul şəxslərin kənarında xalqa və koronavirus pandemiyasından zərərçəkənlərə yardım istiqamətində meydana giriblər.
İranda cihad qrupları xalq yardımlarını toplayaraq, ehtiyaclı ailələr arasında səhiyyə ləvazimatları və ərzaq bağlamaları paylayıblar. Xalq qrupları tərəfindən çirkabın aradan götürülməsi, dezinfeksiya əməliyyatları, səhiyyə maskalarının və tibb ləvazimatlarının istehsalı və paylanması da dövlət qurumlarının koordinasiyası ilə bütün İranda keçirilməkdədir.
Həmçinin İranın bəzi bölgələrində «hər məscid, bir itki» kimi layihələrin icra edilməsilə bu xeyirxahcasına tədbirlərdə yığılan pulları həmin məhəllənin ehtiyaclı ailələri üçün nəzərdə tuturlar.
İslam İnqilabının Böyük Rəhbərinin koronavirusdan zərər çəkənlərə və ehtiyaclılara yardıma dair təşəbbüslərinə cavabda, xalq hərəkətlərinin kənarında ölkə və ordu başçıları da «mömincəsinə yardım» manevrinə qatılıblar.
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın sözçüsü briqada generalı pasdar Rəməzan Şərif Sepah komandanlarının öz aylıq əmək haqqılarının 20%-ni ümumölkə «mömincəsinə yardım» manevrinə ayırmaq qərarlarından xəbər verib.
İranın məhkəmə hakimiyyətinin sədri və yüksək vəzifəli məhkəmə rəsmiləri də öz aylıq əmək haqqılarının 20%-ni üç ay müddətinə koronavirusdan zərər çəkənlərə və ehtiyaclılara dəstəyə və yardıma ayırıblar.
İRANDA EHTİYACLILARA MÖMİNCƏSİNƏ YARDIM VƏ YEKDİLLİK MANEVRİ