Apr 15, 2020 08:17 Asia/Baku
  • Pelosi Trampın İrana qarşı hərbi ixtiyarlarını azaldan qətnaməni imzalayıb

ABŞ konqresinin nümayəndələr palatasının sədri Nensi Pelosi bu ölkə prezidentinin mart ayında nümayəndələr palatasında qəbul olunmuş İrana qarşı hərbi ixtiyarlarını azaldan qətnaməni imzalayıb.

Martın 11-də ABŞ konqresinin nümayəndələr palatası bu ölkə prezidentinin İrana qarşı hərbi ixtiyarlarını azaldan qətnaməni qəbul etdi.

Qətnamə 186 əleyhinə səs qarşılığında 227 lehinə səslə qəbul olundu. Bu qətnamədə məqsəd, konqresin icazəsi olmadan İranla vəziyyətin kəskinləşməsinə mane olmaqdır.

Qətnamə qanuna çevrilmək üçün ABŞ prezidenti tərəfindən imza olunmalıdır, amma Donald Tramp bundan öncə bildirmişdi ki, bu qətnaməni veto edəcək.

Veto təqdirində qətnamə qanuna çevrilmək üçün prezidentin imzasına ehtiyac olmadan konqresdə səslərin üçdə iki hissəsini əldə etməyə ehtiyaclıdır.

Trampın general Soleymaninin və silahdaşlarının namərdcəsinə şəhid edilmələrindən sonra İrana qarşı militarist təhdidləri Amerika konqresində böyük nigarançılığa yol açıbdır. Konqresin demokratları Trampın İranla savaş sahəsindəki ixtiyarlarını məhdudlaşdırmaq fikrinə düşdülər.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant pasdar Qasem Soleymani İraqın xalq səfərbər qüvvələri- Həşduşşəbi-nin rəis müavini Əbu-Məhdi Əlmuhəndis və digər səkkiz nəfərlə yanaşı, 2020-ci il yanvarın 3-də amerikalı terrorçuların Bağdad hava limanının yaxınlığına qarşı hava hücumunda şəhid oldu.

PELOSI TRAMPI İRANA QARŞI MƏHDUDLAŞDIRAN QƏTNAMƏNİ İMZALAYIB

Teqlər