İranın 16 vilayətində koronavirusa yoluxma azalmaqdadır
https://azeri.sahartv.ir/news/Özəl-i360566-İranın_16_vilayətində_koronavirusa_yoluxma_azalmaqdadır
İranın səhiyyə nazirinin müavini ölkənin 16 vilayətində koronavirusa yoluxmanın azalmaqda olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 15, 2020 07:31 Asia/Baku
  • İranın 16 vilayətində koronavirusa yoluxma azalmaqdadır

İranın səhiyyə nazirinin müavini ölkənin 16 vilayətində koronavirusa yoluxmanın azalmaqda olduğunu bildirib.

İranın səhiyyə nazirinin müavini İrəc Hərirçi dünən bir yığıncaqda deyib ki, ölkə vilayətlərinin 25 faizində koronavirusa yeni yoluxma halı gündə sıfır ilə on nəfər, digər 25 faizdə də on ilə 20 nəfər arasında olubdur.

Hərirçi bildirib ki, son bir ayda ilk dəfə olaraq, İranda vəfat edənlərin sayı yüz nəfərdən aşağı olubdur. O, qeyd edibdir ki, ölkə boyu da koronavirusa yeni yoluxma halı nisbi azalmaya malik olubdur.

İranın səhiyyə nazirliyinin məlumatına görə, indiyədək ölkədə 74 min 877 nəfər koronavirusa yoluxubdur ki, bu miqdardan 48 min 129 nəfər sasğalıb və xəstəxanalardan buraxılıbdır.

Həmçinin uzun müddətdən sonra bir gündə koronavirus xəstəliyindən ölənlərin sayı ikirəqəmli olub və ötən sutka ərzində digər 98 xəstənin ölümü ilə bu xəstəliyin İranda yayıldığı gündən bəri vəfat edənlərin ümumi sayı 4683 nəfər olubdur.

İRANIN 16 VİLAYƏTİNDƏ COVID-19-A YOLUXMA AZALIB