Apr 15, 2020 14:30 Asia/Baku
  • Avropa Komissiyası xüsusi karantin şəraitindən çıxmaq üçün ahəngdar addımların atılmasını istəyib

Avropa Komissiyası Avropa Birliyinə üzv ölkələrə tövsiyə edib ki, son həftələr ərzində koronavirusu aradan qaldırmaq məqsədilə tətbiq olunmuş komendant saatlarına son qoymaq üçün tələsməyib, ahəngdar hərəkət etsinlər.

Avropa Komissiyası COVID-19 barədə tənzim edilmiş sənədin ilkin mətnində belə qeyd edib: Ölkələrə tövsiyə edilibdir, elə bir şəraitdə məhdudiyyətləri ləğv etsinlər ki, COVID-19 pandemiyası nəzərəçarpacaq həddə azalmış və xəstəxanalar bu xəstəliyin yeni dalğası ilə üzləşmək üçün lazımi imkanlara malik olmuş olsunlar.

İqtisadi cəhətdən çox təzyiq altında qalan bəzi Avropa ölkələri tədricən məhdudiyyətləri azaltmaq üçün addımlar atmağa başlayıb və xüsusi şəraitdən çıxış yolunda qərar tapıblar.

İtaliya çərşənbə axşamı günü bəzi ticarət şirklətlərinə, o sıradan kitab və yazı ləvazimatı satışı mərkəzlərinə, geyim mağazalarına öz fəaliyyətlərinə yenidən başlamaq icazəsi verdi.

İspaniyada da bəzi sektorlara, o sıradan istehsal sənayesinə icazə verilibdir ki, gələn həftədən öz fəaliyyətlərini bərpa etsinlər. Həmçinin Polşa bildiribdir ki, aprelin 19-dan satış mərkəzlərindən məhdudiyyətlər götürüləcəkdir.

Danimarka kimi bəzi ölkələr daha iri addımlar ataraq, məktəblərin yenidən açılmasına göstəriş verilər. Həmçinin Avstriya hökuməti mayın birindən etibarən, böyük satış mərkəzlərinin yenidən açılmasına icazə vermək niyyətindədir.

Lakin COVID-19-a yoluxma miqdarı əksər Avropa ölkələrində artmaqdadır və bəzi ölkələr kulminasiya nöqtəsinə çatmaq ərəfəsindədirlər.

Ümumdünya Səhiyyə Təşkilatının sədri xəbərdarlıq edibdir ki, xüsusi şəraitdən çıxmaq koronavirusdan irəli gələn tələfatın ölümcül dalğasının yaranmasına səbəb ola bilər.

Son məlumatlara görə, bütün Avropada 934 min 904 nəfər koronavirusa yoluxub, 83 min 313 nəfər də bu xəstəlikdən həyatını itiribdir.

AK KARANTİN ŞƏRAİTİNDƏN ÇIXMAQ HAQDA XƏBƏRDARLIQ EDİB

Teqlər