Apr 16, 2020 22:56 Asia/Baku
  • Azərbaycanı karantindən tədricən çıxarmaq düşünülür
    Azərbaycanı karantindən tədricən çıxarmaq düşünülür

Azərbaycan Respublikasında karantin rejiminin uzadılması ilə bağlı müraciət hazırlanır. Bu barədə bugün, aprelin 15-də Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargah bildirib.

Azərbaycan Respublikasında Nazirlər Kabineti yanında Operativ qərargahın mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, 

TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Operativ qərargahın hazırladığı müraciətdə karantinin sonlandırılması istiqamətində tədbirlər planı da öz əksini tapacaq.

R.Bayramlı vurğulayıb ki, tədbirlərin tədricən yumşaldılması üçün işlər davam etdirilir: "Karantin rejimi bir sıra amillərə görə uzun müddət davam edə bilməz. Karantin rejiminin tədricən və nəzarət altında aradan qaldırılması çox vacibdir. Amma karantin rejiminin birdən-birə aradan qaldırılması mümkün deyil. Bu, ikinci dalğa yoluxmaya səbəb ola bilər...".

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 127 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər dayandırılıb. Sonra martın 24-dən aprelin 20-nə kimi ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.

AR-I TƏDRİCƏN KARANTİNDƏN ÇIXARMAQ DÜŞÜNÜLÜR

Teqlər