Bütün İranda ordunun xidmət paradı
-
Bütün İranda ordunun xidmət paradı
İran İslam Respublikası Ordusu bu gün ordu günü münasibətilə ölkə boyu xidmət paradı keçirib.
Bu il ölkə boyu İran İslam Respublikası Ordusunun xidmət paradı və «Vətən müdafiəçiləri və sağlamlıq köməkçiləri» adı altında quru qoşunlarının qəhrəmanlıqlarının yad edilməsi mərasimi keçirilib.
Bu mərasimdə Tehranda, vilayət mərkəzlərində və bəzi şəhərlərdə koronavirusla mübarizədə İran xalqına yardımın göstərilməsi üzrə ordu işçilərinin yardımları, həmçinin konstruksiya edilmiş və yaxşılaşdırılmış avtmobillər, səyyar xəstəxanalar və çirklənməni aradan qaldıran təchizatlardan nümunələr parad keçiblər.
Parad təşkilatındakı təchizatlar xüsusi parad məkanından keçdikdən sonra xalqa yardım tədbirləri üçün az təminatlı və ucqar bölgələrə göndəriliblər.
Ordunun «Vətən müdafiəçiləri və sağlamlıq köməkçiləri» şüarı ilə keçirilən xidmət paradı mərasimi canlı surətdə İranpress beynəlxalq informasiya agentliyindən yayımlanıbdır.
BÜTÜN İRANDA ORDUNUN XİDMƏT PARADI KEÇİRİLİB