Çernobıl nüvə zavodu yaxınlığında yenidən yanğın başlayıb
https://azeri.sahartv.ir/news/Özəl-i360681-Çernobıl_nüvə_zavodu_yaxınlığında_yenidən_yanğın_başlayıb
Çernobıl nüvə zavodu yaxınlığında radiasiya ilə çirklənmiş ərazidə yenidən yanğın başlanıb, əraziyə mindən artıq yanğınsöndürən göndərilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 18, 2020 07:20 Asia/Baku
  • Çernobıl nüvə zavodu yaxınlığında yenidən yanğın başlayıb
    Çernobıl nüvə zavodu yaxınlığında yenidən yanğın başlayıb

Çernobıl nüvə zavodu yaxınlığında radiasiya ilə çirklənmiş ərazidə yenidən yanğın başlanıb, əraziyə mindən artıq yanğınsöndürən göndərilib.

Ukrayna rəsmiləri aprelin 16-da üç yeni yanğın başlandığını, amma “irimiqyaslı olmadığını, təhdid yaratmadığını” bildirib. Sərt külək alovu gücləndirdiyindən onu söndürmək çətin olur.

Fövqəladə Hallar Departamentinin direktoru Volodymyr Demchuk videobəyanatda deyib ki, Kiyev və Kiyev regionunda “radiasiya fonu norma daxilindədir”.

Aprelin 14-də yanğınsöndürənlər zavod yaxınlığındakı meşədə yanğını söndürə bilmişdilər, onlara yağışın da köməyi dəymişdi.

Ətraf mühit ekspertləri narahatdırlar ki, yanğınlar ərazidəki radioaktiv külü havaya sovurar.

ÇERNOBIL NÜVƏ ZAVODU YAXINLIĞINDA YENİDƏN YANĞIN BAŞLAYIB