Apr 18, 2020 22:52 Asia/Baku
  • İranda koronavirusla bağlı yoluxma və ölüm hallarının azalma prosesi davam edir
    İranda koronavirusla bağlı yoluxma və ölüm hallarının azalma prosesi davam edir

İranda koronavirusa yoluxma və ondan irəli gələn ölüm hallarının azalma prosesi həkimlərin səyləri və xalqın müşayiəti ilə davam etməkdədir.

Koronavirus hazırda bütün ölkələrə sirayət edərək, 2 milyon 260 min nəfərdən çox insanı xəstəxanalıq edibdir. Amerika təqribən 711 min mübtəla və azı 37 min ölü ilə koronavirusa yoluxma nəticəsində xəstələnən və ölən şəxslərin sayı baxımından ən yüksək göstəriciyə malikdir.

Bu günlər koronavirus pandemiyasının ən sərt beynəlxalq problem kimi bütün dünya ölkələrini hədəfə aldığı bir zamanda İran xalqı bu problemin kənarında Amerikanın/ öz həyatı və sağlamlığına qarşı qanunsuz sanksiyaları ilə üzləşir.

Bu problem və maneələrə rəğmən, koronavirusun İranda yayılması ilə bir zamanda səhiyyə, müalicə, sənaye və startap sahələri üzrə bütün xalq təbəqələri, xalq səfərbər qüvvələri və ölkənin silahlı qüvvələri koronavirusla milli mübarizə qərargahının mehvərliliyi ilə bu virusla mübarizə meydanına giriblər.

Koronavirus xəstəliyinin müalicəsi üçün vaksina və dərmanın kəşf edilməsi və bu xəstəliyin diaqnozu üzrə xüsusi aparatların düzəldilməsi daxil olmaqla tədqiqat və müalicə sektorlarında İranın bütün tibb imkanlarından istifadə olunması iranlıların milli əzmkarlıqlarından xəbər verir ki. Amerikanın qəddarcasına sanksiyalarının pik nöqtəsində koronavirus problemini uğurla arxada qoymuş olsunlar.

İranın səhiyyə nazirliyinin bildirdiyinə görə, son bir həftədə koronavirusa yoluxma və ondan irəli gələn ölüm hallarının azalma prosesinin davamında ölkədə  1374 yeni xəstə aşkar edilib.

İndiyədək qəti diaqnoz meyarlarına əsasən, İranda 80 min 868 nəfər COVID-19-a yoluxubdur ki, İranın tibb icmasının yorulmaz səyləri ilə koronavirusa yoluxanlardan 55 min 987 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Həmçinin bu gün İranda koronavirusa yoluxma nəticəsində həyatlarını itirən şəxslərin sayı elə bir halda 5 min 31 nəfərə çatıbdır ki, son bir həftədə bu miqdarın azalma prosesi davam edibdir.

Son bir həftədən öncəyədək bir gün ərzində koronavirus nəticəsində ölənlərin miqdarı 100 nəfərdən çox idisə, keçən bir gündə 73 nəfərə enibdir.

İRANDA COVID-19-LA BAĞLI YOLUXMA VƏ ÖLÜM HALLARI AZALIR

 

Teqlər