Ötən il İranda 800 ton narkotik maddə tapılıb
İran İslam Respublikası hüquq-mühafizə qüvvələrinin komandanı ötən bir ildə ölkədə 800 ton narkotik maddənin aşkar edilməsindən xəbər verib.
İran İslam Respublikası hüquq-mühafizə qüvvələrinin komandanı briqada generalı pasdar Hoseyn Əştəri Tehranda bu qüvvələrin rəisləri, müavinləri və komandanlarının 24-cü ümumölkə konfransında bildirib ki, ötən bir ldə ölkədə narkotik maddələr kəşfiyyatı ondan öncəki ilə nisbətən 19 faiz artıb. O, deyib ki, narkotik maddələrlə mübarizə polisi və sərhəd polisi xüsusən İranın şərqində bu kəşfiyyatda mühüm rola malik olublar.
İran İslam Respublikası hüquq-mühafizə qüvvələrinin rəisləri, müavinləri və komandanlarının 24-cü ümumölkə konfransı bu gün video-konfrans vasitəsilə eyni zamanda ölkənin 104 nöqtəsində keçirilib.
ÖTƏN İL İRANDA 800 TON NARKOTİK MADDƏ TAPILIB