Bütün ölkələr ABŞ-ın düşmənçilik mövqeyi qarşısında öz mövqelərini elan etsinlər
İran İslam Respublikasının prezidenti deyib: Koronavirus pandemiyasından irəli gələn hazırkı xas şəraitdə bütün ölkələr bu təhlükəli virusla mübarizə üçün bir-birinin kənarında durmalı və ABŞ-ın düşmənçilik mövqeyi qarşısında öz mövqelərini elan etməlidirlər.
Həsən Ruhani dünən Qətər əmiri Şeyx Təmim bin Həməd Ali Sani ilə telefom söhbətində Amerikanın İrana qarşı təzyiqləri və zalımcasına sanksiyalarının beynəlxalq qanunları pozduğunu bildirib. Deyib ki, ABŞ rəsmiləri Beynəlxalq Valyuta Fondu tərəfindən İrana kreditin ödənilməsinin qarşısını almaqla insani prinsipləri pozurlar.
Ruhani koronavirusla mübarizə sahəsində İranın proqram və addımlarına işarə edib. O, həmçinin bu virusa yoluxanların müalicəsi, iqtisadi, idari və təhsil fəaliyyətlərinin həyata keçirilməsi üçün lazımi siyasətlərinin yeridilməsinə toxunub və belə deyib: Tehran öz təcrübələrini bütün ölkələrə, xüsusən Qətərə ötürməyə hazırdır.
İran prezidenti həmçinin səud koalisiyasının Yəmənə qarşı hücumlarının, bu ölkədə qırığın və dağıntıların davam etməsindən təəssüf ifadə edib. Deyib ki, regionda davamlı təhlükəsizlik və sabitliyin təmin edilməsinin region ölkələri arasında həmkarlıq və dostluqdan başqa heç bir digər yolu yoxdur.
Qətər əmiri də Amerikanın İrana qarşı sanksiyalarının zalımcasına olmasına toxunub. Deyib ki, bu gün dünya xas bir şəraitdədir və Amerika öz sanksiyalarını götürməli və bütün ölkələr də yeni bir şərait istiqamətində hərəkət etməlidirlər.
İran İslam Respublikasının prezidenti həmçinin Uqandanın prezidenti Yuvri Mussovini ilə telefon söhbətində deyib: Təəssüflə, koronavirusdan irəli gələn sərt şəraitə rəğmən, Amerikanın İrana qarşı qanunsuz və zalımcasına sanksiyaları davam edir.
Uqanda prezidenti də Amerikanın İrana qarşı qanunsuz sanksiyalarından təəssüf ifadə edərək, deyib: Bu sərt şəraitdə insani münasibətlər ön planda durmalı və dinc yanaşı yaşamaq prinsipi yayılmalıdır.
BÜTÜN ÖLKƏLƏR ABŞ-IN MÖVQEYİ QARŞISINDA DURMALIDIRLAR