Quterreş bir daha beynəlxalq atəşkəsə çağırıb
https://azeri.sahartv.ir/news/Özəl-i360911-quterreş_bir_daha_beynəlxalq_atəşkəsə_çağırıb
BMT-nin baş katibi Ramazan ayı münasibətilə etdiyi müraciətdə döyüş bölgələrində beynəlxalq atəşkəsə çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 23, 2020 13:19 Asia/Baku
  • Quterreş bir daha beynəlxalq atəşkəsə çağırıb

BMT-nin baş katibi Ramazan ayı münasibətilə etdiyi müraciətdə döyüş bölgələrində beynəlxalq atəşkəsə çağırıb.

BMT-nin baş katibi Antonio Quterreş çərşənbə günü bir videto müraciətində bildirib ki, bu ilin Ramazan ayı çox fərqli olacaq, zira cəmiyyətdəki bir çox fəaliyyətlər koronavirusun təsiri altına düşəcək və döyüş bölgələrindəki insanların bir çoxu bir daha kədərli surətdə bu ayı hər yerdə savaş və əmin-amansızlıqla qarşılayacaq.

Mübarək Ramazan ayı ərəfəsində bütün dünya müsəlmanlarına ən yaxşı arzuları diləyən Quterreş özünün 23 mart tarixli çağırışını təkrar edərək, beynəlxalq atəşkəsin dərhal bərqərar edilməsini istəyib.

BMT-nin baş katibi bu dəfə deyib: Mən həmin xahişi bu gün bir daha müqəddəs Qurandakı bir ayəyə işarə edərək, təkrar edirəm: «Və əgər düşmənlər sülhə və sazişə təmayül göstərsələr, sən də sülhə meyl et və öz işini Allaha tapşır ki, Allah eşidən və biləndir».

Antonio Quterreş zəif təbəqələrə dəstəklə bağlı bütün İslam Dünyasındakı hökumətlər və xalqlara təşəkkür edib. Qeyd edib ki, hətta koronavirus pandemiyasından öncə dünyadakı bir çox qapılar dəstəyə ehtiyacı olan şəxslərin üzünə bağlanıbdır.

Bu çağırışla bağlı xatırladaq ki, Yəmən, Suriya və İraq hələ də Amerika, həmçinin onun bəzi ərəb və qərbli müttəfiqləri tərəfindən himayə olunan dövlət və terror qruplarının hərbi müdaxilələri səhnələridirlər.

QUTERREŞ BİR DAHA BEYNƏLXALQ ATƏŞKƏSƏ ÇAĞIRDI