ABŞ dollarının türk lirəsinə qarşı məzənnəsi 7 lirəni ötüb
Apr 24, 2020 07:43 Asia/Baku
ABŞ dollarının türk lirəsinə qarşı məzənnəsi 2018-ci ildən bəri ilk dəfə 7 lirəni ötüb
Çərşənbə günü ABŞ dolları türk lirəsinə qarşı bahalaşmağa davam edib. 1 dolların lirəyə qarşı məzənnəsi 7,0077 lirəyə çatıb ki, bu da 2018-ci ilin avqust ayından bəri ən yüksək göstəricidir.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, türk lirəsini dollar qarşısındakı dəyəri az sonra azacıq bərpa olaraq bu gün dollar 6,98 lirəyə bərabər olub və səhər saatlarında bu səviyyədə dövr edib.
Xatırladaq ki, lirə 2020-ci ilin əvvəlindən indiyədək dollar qarşısında 15% ucuzlaşıb.
Teqlər