İran düşmənlərin təcavüzləri qarşısında öz müdafiəsinə təkid edib
https://azeri.sahartv.ir/news/Özəl-i360916-İran_düşmənlərin_təcavüzləri_qarşısında_öz_müdafiəsinə_təkid_edib
İranın BMT-dəki nümayəndəliyinin sözçüsü deyib: Koronavirus pandemiyası əsnasında və bütün hökumətlərin bu təhdidlər mübarizə üzərində təmərküzləşdikləri bir şəraitdə amerikalı qüvvələrin Fars Körfəzi sularında iştirakı mənasızdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 23, 2020 16:41 Asia/Baku
  • İran düşmənlərin təcavüzləri qarşısında öz müdafiəsinə təkid edib

İranın BMT-dəki nümayəndəliyinin sözçüsü deyib: Koronavirus pandemiyası əsnasında və bütün hökumətlərin bu təhdidlər mübarizə üzərində təmərküzləşdikləri bir şəraitdə amerikalı qüvvələrin Fars Körfəzi sularında iştirakı mənasızdır.

İranın BMT-dəki nümayəndəliyinin sözçüsü Əlireza Miryusefi öz tvitter səhifəsində belə bir sual verib ki, amerikalı qüvvələrin Fars Körfəzi sularında və öz ölkələrindən 7 min mil uzaqlıqda nə işləri var?

O, vurğulayıb: İran İslam Respublikası sübut edibdir ki, hədə-qorxuya təslim olmur və beynəlxalq hüquqlar çərçivəsində hər cür təcavüz qarşısında öz ölkəsinin ərazisinin müdafiəsində tərəddüd etməyəcək.

ABŞ prezidenti Donald Tramp son zamanlar tvitter-də amerikan hərbi gəmilərin Fars Körfəzi sularındakı qanunsuz iştiraklarına işarə etmədən yazıbdır ki, bu ölkənin dəniz qüvvələrinə Fars Körfəzindəki İran qayıqlarına atəş açmaq əmri veribdir.

İran İslam Respublikası dəfələrlə bildiribdir ki, Fars Körfəzi və Hörmüz boğazında xarici hərb gəmi və təyyarələrin izlənilməsi İranın haqqıdır və İranın dəniz və hava məkanlarına təcavüz edəcəkləri halda onlarla beynəlxalq qanunlarla rəftar ediləcəkdir.

İİR TƏCAVÜZ QARŞISINDA ÖZ MÜDAFİƏSİNƏ TƏKİD EDİB