Apr 23, 2020 21:52 Asia/Baku
  • Qaçaqmalçılar və quldurlar İran sərhədini keçə bilmədilər

İran İslam Respublikası hüquq-mühafizə qüvvələrinin sərhəd qoşunları komandanı qaçaqmalçıların və silahlı quldur dəstələrinin ölkənin cənub-şərq sərhədlərini keçməkdə nakam qaldıqlarını bildirib.

İran İslam Respublikası hüquq-mühafizə qüvvələrinin sərhəd qoşunları komandanı briqada generalı pasdar Qasem Rezayi bu gün deyib: İranlı sərhədçilər üç gün ərzində Mir Cavə sərhəd bölgəsini nəzarətdə saxlayıb, kəşfiyyat hərəkətlərindən xəbərdar olaraq, bildilər ki, qaçaqmalçılar və yaraqlı quldurlar təxribat törətmək üçün bu sərhəddən ölkəyə daxil olmaq istəyirlər.

General Rezayi sonra deyib: İran sərhədçiləri qaçaqmalçıları və quldurları İran sərhədini keçməkdə nakam qoymaqdan əlavə, onların avtomobillərini təftiş edərkən bir ton 112 kiloqram müxtəlif narkotik maddə aşkar ediblər.

BMT İranı narkotik maddələrlə mübarizənin bayraqdarı adlandırıb.

İran İslam Respublikası dünyada narkotik maddələr qaçaqmalçılığı ilə mübarizənin ön xəttində yerləşərək, bu yolda təqribən dörd min şəhid, 12 min 500-dən çox yaralı veribdir.

QULDURLAR İRAN SƏRHƏDİNİ KEÇƏ BİLMƏDİLƏR

Teqlər