«Nur» peykinin tapşırığı, aşkarlamadır
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələrinin kosmonavtika üzrə komandanı dünən gecə bildirib ki, «Nur» peykinin ilk tapşırığı, aşkarlamadır. O, qeyd edib ki, Sepah öz yol xəritəsində daha geniş miqyaslı və daha yüksək orbitli peyklər nəzərdə tutub.
İkinci dərəcəli briqada generalı pasdar Əli Cəfərabadi İranın birinci telekanalının saat 21 xəbər buraxılışı ilə söhbətdə deyib: Kosmonavtika sahəsi quru, hava və dəniz sahələrinin kənarında yüksək potensiallı strateji sahələrdəndir. İran İslam Respublikasının Silahlı Qüvvələri onda rol oynamalıdırlar. İslam İnqilabı Keşikçiləri Korpusu da bir strateji-müdafiə qüvvəsi kimi bu sahədən bəhrələnməlidir.
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələrinin kosmonavtika üzrə komandanı sonra söyləyib: Çərşənbə günü atılmış peyk bir pazl-ın bir hissəsidir. Bu pazl-da kəşfiyyat əməliyyatları, kəşfiyyat, rabitə və dənizçilik əməliyyatlarında strateji himayə həyata keçirilməlidir və bu, elə kosmosa nailolma zərurətidir.
General Cəfərabadi Nur peykini bir superlayihə adlandırıb. Qeyd edib ki, Sepah-ın növbəti addımı, Nur-2 peykini yer orbitində yerləşdirməkdir.