Ağ bölgələrdə dini məkanlar yenidən açılacaq
https://azeri.sahartv.ir/news/Özəl-i361034-ağ_bölgələrdə_dini_məkanlar_yenidən_açılacaq
İran İslam Respublikasının prezidenti ölkənin müxtəlif bölgələrinin koronavirus xəstəliyinə yoluxma və bu xəstəlik epidemiyasının miqdarına əsasən, ağ, sarı və qırmızı bölgələrə bölündüyünü bildirib. Qeyd edib ki, ağ bölgələrdə dini məkanlar yenidən açılacaq, cümə və camaat namazları təşkil olunacaqdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 26, 2020 11:12 Asia/Baku
  • Ağ bölgələrdə dini məkanlar yenidən açılacaq

İran İslam Respublikasının prezidenti ölkənin müxtəlif bölgələrinin koronavirus xəstəliyinə yoluxma və bu xəstəlik epidemiyasının miqdarına əsasən, ağ, sarı və qırmızı bölgələrə bölündüyünü bildirib. Qeyd edib ki, ağ bölgələrdə dini məkanlar yenidən açılacaq, cümə və camaat namazları təşkil olunacaqdır.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Koronavirusla Milli Mübarizə Qərargahının iclasında deyib: Səhiyyə meyarları və qaydalarına əsasən, misal üçün, əgər bir rayonda xəstəxanaya giriş bir həftə sıfır olubsa, vəfat halı olmayıbdırsa, sağalanlar artıbsa və bu proses ikinci həftədə təkrar olubsa, İranın səhiyyə nazirliyi həmin bölgəni «ağ bölgə» adlandıracaq.

Ruhani söyləyib: Ölkədə ağ bölgə elan olunan və səhiyyə nazirliyi tərəfindən təsdiq edilən 127 rayondakı müqəddəs məkanlar yenidən açılacaq.

Ruhani həmçinin ölkənin bir çox səhiyyə və müalicə ləvazimatının istehsalında iqtisadi müstəqilliyə çatdığını bildirib. Qeyd edib ki, düşmənlər ölkəni məhv edəcəyini zənn etdikləri kəskin sanksiyalara rəğmən, İranın nailiyyətlər əldə etməsini müşahidə etməklə əsəbiləşirlər.

AĞ BÖLGƏLƏRDƏ DİNİ MƏKANLAR YENİDƏN AÇILACAQ