İranda koronavirusa yoluxanlardan 69 mindən çoxu sağalıb
https://azeri.sahartv.ir/news/Özəl-i361048-İranda_koronavirusa_yoluxanlardan_69_mindən_çoxu_sağalıb
İran İslam Respublikası Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ölkədə 90 mindən çox insanın koronavirusa yoluxduğunu bildirib və indiyədək 69 min 657 nəfərin sağalaraq xəstəxanalardan buraxıldığını xatırladıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 26, 2020 16:57 Asia/Baku
  • İranda koronavirusa yoluxanlardan 69 mindən çoxu sağalıb

İran İslam Respublikası Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ölkədə 90 mindən çox insanın koronavirusa yoluxduğunu bildirib və indiyədək 69 min 657 nəfərin sağalaraq xəstəxanalardan buraxıldığını xatırladıb.

İİR Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur bu gün deyib: Son sutka ərzində koronavirusa 1153 yeni yoluxma halı qeydə alınıb.

Cahanpur həmçinin son 24 saat ərzində koronavirusa yoluxanlardan 60 nəfərin vəfat eməsi ilə bu virusdan ölənlərin sayının 5 min 710 nəfərə çatdığını deyib. 

İİR Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri deyib:  İndiyədək ölkə səviyəsində 126 laboratoriyada 441 min 313 min nəfərin üzərində KOVİD 19 testi həyata keçirilib.