ABŞ İraqın İrandan elektrik idxalı üzrə sanksiya güzəştini uzadıb
ABŞ dövlət departamentinin rəsmilərindən biri bazar günü gecə İraqın elektrik idxalı sahəsində Vaşinqtonun anti-İran sanksiyalarından olan güzəştinin bir ay uzadılmasından xəbər verib.
ABŞ dövlət departamentinin bu rəsmisi Röyters ilə müsahibədə bildirib: Bu güzəşt İraqa icazə verir ki, İrandan elektrik alqısını davam etdirsin.
Bu amerikalı rəsmi sonra deyib: Vaşinqton bu otuzgünlük güzəşti ona görə İraqa veribdir ki, bu ölkənin «mötəbər bir hökumət» təşkil etməsi üçün vaxtı olmuş olsun.
Amerika bundan öncə də İraqa İrandan elektrik və qaz satın alması üzrə güzəştləri 120, 90 və 45 gün müddətlərinə uzatmışdı.
Amerikanın İraqa İrandan elektrik və qaz satın almaq sahəsində sanksiya güzəştləri verməsi Vaşinqtonun Bağdadı Amerikanın birtərəfli sanksiyalar siyasətinə qatmaq üzrə səyləri uğursuz qaldıqdan sonra baş veribdir.
ABŞ rəsmiləri son aylar ərzində dəfələrlə İraqın İrandan elektrik və qaz idxal etməsinin kəsilməsini istəmişdilər, amma iraqlılar Amerikanın bu tələbinə məhəl qoymadılar.
İraq elektrik və qaz kimi öz enerji ehtiyaclarının böyük bir hissəsini İrandan idxal edir.
İraq rəsmiləri dəfələrlə bildriblər ki, İrana qarşı birtərəfli sanksiyalarda Amerikanı müşayiət etməyəcəklər.
Amerika prezidenti Donald Tramp 2018-ci il mayın 8-də birtərəfli surətdə Vaşinqtonun nüvə anlaşmasındakı öhdəliklərini pozaraq, ölkəsini bu beynəlxalq anlaşmadan çıxardı və nüvə sanksiyalarının geri döndüyünü elan etdi.
Trampın bu hərəkəti daxili və beynəlxalq səviyyələrdə geniş şəkildə pislənibdir.
ABŞ İRAQIN SANKSİYA GÜZƏŞTİNİ UZADIB