Koronavirus yenidən ABŞ-da tüğyan edib
https://azeri.sahartv.ir/news/Özəl-i361065-koronavirus_yenidən_abŞ_da_tüğyan_edib
Amerikada koronavirusdan ölənlərin sayı digər bir sıçrayışla 55 min nəfəri keçib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 27, 2020 03:49 Asia/Baku
  • Koronavirus yenidən ABŞ-da tüğyan edib

Amerikada koronavirusdan ölənlərin sayı digər bir sıçrayışla 55 min nəfəri keçib.

Amerika mediaları bazar günü gecə bildiriblər ki, bu ölkədə koronavirusa yoluxanların sayı 987 min 160 nəfərə çatıb və onlardan 55 min 413 nəfər həyatını itiribdir.

Amerika hazırda həm koronavirusa yoluxma, həm də bu virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir.

Digər ölkələrdən daha gec şəkildə koronavirusun diaqnozu sınaqlarına başlayan Amerika hökuməti hazırda xəstələrin sayına görə, sınaq şüşələri çatışmazlığı ilə üzləşibdir.

Belə bir halda, Amerikanın COVID-19 virusundan irəli gələn ölüm hallarının sayı baxımından öndə getməsi bu ölkənin müxtəlif şəhərlərində cəsədlərin dəfn olunmaları kimi böyük bir problem yaradıb və amerikalı rəsmiləri kütləvi qəbirlər təşkil etməyə məcbur edibdir.

Amerikada koronavirus pandemiyasının böyük sürətə malik olması nəticəsində bu ölkənin bütün ştatlarında fövqəladə vəziyyət tətbiq olunubdur.

Amerika hökuməti, şəxsən bu ölkənin prezidenti Donald Tramp Amerikada koronavirusun yayılması qarşısındakı məsuliyyətsizliklərinə görə, kəskin tənqid atəşinə tutulublar.

Amerika xəstəxanaları cəmiyyəti martın 8-də bildirdi ki, ehtimal üzrə 96 milyon amerikalı bu virusa yoluxacaqdır ki, onlardan 480 min nəfər həyatını itirəcəkdir.

COVID-19 ABŞ-DA YENİDƏN TÜĞYAN EDİB