Koronavirusun müalicəsində İranın diqqətəlayiq uğuru
Beynəlxalq təşkilatlar tərəfindən elan olunan rəsmi statistikalar göstərir ki, İran Çindən sonra koronavirusdan sağalanların sayında ən yaxşı prosesə malikdir və indiyədək İranda koronavirusa yoluxması aşkar edilən xəstələrin təqribən səksən faizi sağalıbdır.
İran koronavirusa yoluxanaların sayı baxımından ilk on ölkə sırasında dursa da bu ölkədə COVİD-19-dan sağalanların sayı diqqətəlayiqdir.
İranın səhiyyə nazirinin müşaviri Əlireza Vəhhabzade deyib: Koronavirus xəstələrinə yaxşı tərzdə baxılması və sağalanların yüksək statistikası göstərir ki, İran İslam Respublikası tibb elmində və müalicə sahəsində diqqətəlayiq irəliləyişə malik olubdur.
Dünyada da koronavirusa yoluxanların sayı üç milyon 400 min nəfəri ötüb keçibdir. Onlardan azı 239 min nəfər həyatını itirib, bir milyon nəfərdən çox insan isə sağalıb və xəstəxanalardan buraxılıbdır.
İranın koronavirusun müalicəsindəki nəzərəçarpacaq və təsdiq olunmuş müvəffəqiyyətinə əsasən, İran İslam Respublikasının silahlı qüvvələrinin baş qərargah rəisi Tehranın bu virusla mübarizə sahəsindəki təcrübələrini region ölkələrinə ötürməyə hazır olduğunu bildirib.
General-leytenant Mohəmməd Baqeri bu gün İraq, Azərbaycan Respublikası, Əfqanıstan, Pakistan, Oman, Qətər, Küveyt, Suriya və Livanın müdafiə nazirlərinə və baş qərargah rəislərinə ayrıca mesajlarda, İran İslam Respublikasının koronavirusla mübarizədəki uğurlarına toxunub. O, həmçinin İranın silahlı qüvvələrinin bu təhlükəli virusla mübarizədəki geniş roluna işarə edib. Qeyd edib ki, İranın silahlı qüvvələri öz təcrübələrini dost və qardaş ölkələrə ötürməyə hazırdırlar.
İran İslam Respublikasının silahlı qüvvələrinin baş qərargah rəisi vurğulayıb ki, koronavirus xəstəliyi ilə düzgün və alimanə mübarizə aparılmazsa, bu, xəstəliyin yayılması sürətini artıra və bir xalqın sağlamlığını təhlükəyə sala bilər. O, vurğulayıb ki, İran İslam Respublikasının bu virusun nəzarətə alınması sahəsindəki uğurlu fəaliyyəti dost və qonşu ölkələr və digər müsəlman xalqlar üçün yol aça bilər.
COVID-19-UN MÜALİCƏSİNDƏ İRANIN DİQQƏTƏLAYİQ UĞURU