İranın pul vahidi riyaldan tümənə dəyişdi
İran İslam Şurası Məclisinin üzvləri ölkənin pul vahidinin riyaldan tümənə dəyişdirilməsilə razılaşıblar.
İran İslam Şurası Məclisinin üzvləri bu gün məclisin plenar iclasında ölkənin pul və bank qanununa düzəliş layihəsinin detallarını qəbul ediblər.
Bu layihənin tək maddəsinə görə, ölkənin pul və bank qanununun birinci maddəsinə bu formada düzəliş edilib: İranın pul vahidi tüməndir və hər tümən cari 10 min riyala və 100 qerana bərabərdir.
Bu tək maddənin 1-ci bəndinə əsasən, xarici pulların tümənə bərabərliyi və xarici valyutanın alış-verişi məzənnəsi İran İslam Respublikasının Mərkəzi Bankı tərəfindən, hakim valyuta sistemi çərçivəsində, valyuta ehtiyatlarına və ölkənin Beynəlxalq Valyuta Fondu qarşısındakı öhdəliklərinə riayətlə hesablanaraq, təyin edilir.
Bu maddənin 2-ci bəndinə əsasən, bu qanunda keçid dövrü adlandırılan tümən ilə riyalın eynivaxtlı etibarı və paralel dövriyyə müddəti həmin maddənin 4-cü bəndinə riayətlə maksimum üç ildir.
Həmçinin 3-cü bəndə əsasən, keçid dövrü bitəndən sonra bundan öncə riyal pul vahidinə əsasən yaradılmış öhdəliklər yalnız tümən pul vahidi və ya onun detalları ilə ifa edilə bilər.
4-cü bəndə əsasən, İran İslam Respublikasının Mərkəzi Bankı bu qanunun icraya qoyulduğu tarixdən iki il müddətinə keçid dövrünün başlanması istiqamətində lazımi icra tərtibatını yaratmağa borcludur.
Bu maddənin 5-ci bəndinə görə, həmin maddənin icra qaydası İran İslam Respublikasının Mərkəzi Bankı tərəfindən bu qanunun icraya qoyulduğu tarixdən üç ay ərzində işlənib hazırlanacaq və nazirlər kabineti tərəfindən qəbul olunacaqdır.
Bu qərar milli pulun səmərəliliyinin qorunması və daxili pul mübadilələrində nağd ödəniş vasitələrinin rolunun bərpası və asanlaşdırılması, milli valyuta barədə cəmiyyətin mədəniyyəti və adət-ənələrində rəvac tapmış məsələ ilə ahəngdarlıq yaratmaq məqsədilə qəbul edilib.
İRANIN PUL VAHİDİ TÜMƏN OLDU