İrandan Avropaya ilk seroloji sınaq şüşələri yükü ixrac olunub
Bir iranlı startap şirkətin məhsulu olan və 40 min testə şamil olan COVİD-19 üzrə ilk seroloji sınaq şüşələri yükü Almaniyaya ixrac olunub.
«Piştaze Tebb» startap şirkətinin ticarət şöbəsinin müdiri Yaşa Fərroxzad bu gün bu məhsulun ixracı barədə deyib: Ötən bir ayda İranda koronavirus epidemiyasına, həmçinin sınaq şüşələrinə ehtiyacın olmasına görə, gənc iranlı alimlərin səyləri ilə sürətlə COVİD-19 üzrə ən yüksək keyfiyyətli ilk seroloji sınaq şüşələri istehsal olundu və lazımi lisenziyalar İranın tibb ləvazimatları baş idarəsindən alındı.
«Piştaze Tebb» startap şirkətinin ticarət şöbəsinin müdiri bu şirkətin gündə bir milyon test istehsal etmək qabiliyyətinə toxunub. Bidirib ki, hazırda 60-dan çox ölkə bu şirkətin koronavirusla bağlı məhsullarını almaq xahişi ilə çıxış edibdir.
Fərroxzad sonra deyib: Almaniya, Türkiyə və Polşa kimi ölkələr, eləcə də Latın Amerikasındakı bir neçə ölkə və MDB ölkələri bu sınaq şüşələrini istəyən ölkələrdirlər.
İRAN ÖLKƏLƏRİ COVİD-19 ÜZRƏ SINAQ ŞÜŞƏLƏRİ İLƏ TƏMİN EDİR