Azərbaycan Respublikasında koronavirusa yoluxanların sayı 2 mini keçib
May 05, 2020 17:06 Asia/Baku
Azərbaycanda koronavirusa yoluxanların sayı 2 mini keçib, 1508 nəfər müalicə olunub, 26 nəfər vəfat edib Hazırkı dövrədək ölkədə 2060 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
APA-nın Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən verdiyi məlumata görə, indiyədək yoluxanlardan 1508 nəfər müalicə olunaraq sağalıb, 26 nəfər vəfat edib, 526 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağır, 27 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 164.481 test aparılıb.
Teqlər