May 09, 2020 15:20 Asia/Baku
  • ABŞ 2231 saylı qətnaməni pozaraq, beynəlxalq hüquq normalarını lağa qoyubdur

Cümə günü multilateralizmin gücləndirilməsi vacibliyini vurğulayan İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi deyib ki, Amerika BMT Təhlükəsilzik Şurasının 2231 saylı qətnaməsini pozmaq və digər ölkələri təhdid etməklə beynəlxalq hüquq normalarını lağa qoyubdur.

Məcid Təxte Rəvançi 2-ci dünya müharibəsinin başa çatmasının 75-ci ildönümü münasibətilə keçirilən BMT Təhlükəsilzik Şurasının virtual və qeyri-rəsmi iclasında bu savaşın acı təcrübələrindən alınmalı olan dəslərə toxunub. Qeyd edib ki, beynəlxalq hüquq normlarının sistematik surətdə lağa qoyulmasının canlı misallarından biri, BMT Təhlükəsilzik Şurasının 2231 saylı qətnaməsinin Amerika tərəfindən pozulması və Vaşinqtonun bu qətnaməni pozmaq üçün digər ölkələrə qarşı həyasızcasına təhdidləri və ya tənbehedici hərəkətləridir.

Amerikanın beynəlxalq təşkilatlar və müqavilələrdən çıxmaq sahəsindəki hərəkətlərini tənqid edən Təxte Rəvançi bildirib ki, bu kimi siyasətlər multilateralizmi problemlə üzləşdirib və dünya ölkələriin kollektiv maraqlarını təhlükə qarşısında qoyubdur.

ABŞ BEYNƏLXALQ HÜQUQ NORMALARINI LAĞA QOYUBDUR

 

Teqlər