May 14, 2020 10:03 Asia/Baku
  • AP İrana qarşı sanksiyaların ləğvini istəyib

Avropa Parlamenti nümayəndələrindən bir qrupu Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Cozep Borrelə və Avropa Şurasının sədri Şarl Mişelə məktubda İrana və bir neçə digər ölkəyə qarşı sanksiyaların aradan qaldırılması vacibiliyini vurğulayıblar.

SaharAzeri-nin verdiyi məlumata görə, Avropa Parlamentində «Renew Europe» adlı qrupun üzvləri sanksiyaların ölkələrin koronavirusla mübarizələrinə mənfi təsir göstərməsindən nigarançılıq ediblər. Onlar İran, Kuba, Liviya, Suriya, Şimali Koreya, Venesuela və digər ölkələrə qarşı sanksiyaların ləğvini istəyiblər.

Bu məktub Avropa Parlamentinin xarici əlaqələr komitəsinin üzvü Xavyer Narretin təşəbbüsü ilə hazırlanıb və bu parlamentin digər 9 üzvü tərəfindən imzalanıbdır.

Avropa Parlamentində «Renew Europe» adlı qrup bu məktubda Avropa Şurasından, qeyd olunan ölkələrə qarşı sanksiyaların mənfi təsirlərinin azaldılması məqsədilə konkret bir müddət üçün bir həll yolunun tapılmasını istəyibdir.

Avropalı qanunvericilər Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsindən də istəyiblər ki, bu ölkələrin hazırkı sanksiyalardan azad edilmələri üzrə xahişi öz amerikalı həmkarı ilə bir araya qorsun.

Son həftələrdə koronavirusun dünyada yayılmasına görə, beynəlxalq rəsmilər və bir qrup ölkənin məsul şəxsi Amerikanın birtərəfli və qanunsuz sanksiyalarının ləğv edilməsini istəyiblər.

 

Teqlər