ABŞ senatının kəşfiyyat komitəsinin sədri istefa verəcək
https://azeri.sahartv.ir/news/Özəl-i361809-abŞ_senatının_kəşfiyyat_komitəsinin_sədri_istefa_verəcək
Korrupsiyada ittiham olunan ABŞ senatının kəşfiyyat komitəsinin sədri Riçard Burr vəzifəsindən kənara çəkiləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 15, 2020 17:09 Asia/Baku
  • ABŞ senatının kəşfiyyat komitəsinin sədri istefa verəcək

Korrupsiyada ittiham olunan ABŞ senatının kəşfiyyat komitəsinin sədri Riçard Burr vəzifəsindən kənara çəkiləcək.

SaharAzeri xəbər verir: ABŞ senatında respublikaçılar əksəriyyətinin rəhbəri Miç Mak Konnell cümə axşamı günü gecə deyib ki, Burr cümə günü öz istefasını elan edəcək.

Senator Burrun bazar durğunluğundan və koronavirus hadisələrindən öncəki korrupsiya işi və birjadakı ticarət fəaliyyətləri hazırda Amerika Federal Təhqiqat Bürosu tərəfindən araşdırılmaqdadır.

Deyilənlərə görə, Burr əlində olan qeyri-ümumi məlumatlardan maliyyə sövdələşmələri aparmaq üçün istifadə edibdir.

ABŞ SENATININ KƏŞFİYYAT KOMİTƏSİNİN SƏDRİ İSTEFA VERƏCƏK