May 22, 2020 09:50 Asia/Baku
  • Ümumdünya Qüds günü izzətin zillətə, müqavimətin düzəlişməyə üstünlüyünün simvoludur

İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının ideoloji siyasi bürosu ümumdünya Qüds gününün izzətin zillətə, müqavimətin düzəlişməyə üstünlüyünün simvolu olduğunu bildirib.

SaharAzri xəbər verir: İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının ideoloji siyasi bürosu bir bəyanat yayaraq bildirib ki, islam inqilabının banisi həzrət İmam Xomeyninin(r.ə) mübarək ramazan ayının sonuncu cüməsini ümumdünya Qüds günü adlandırmaqdakı misilsiz strateji və don dərəcə dəyərli təşəbbüsü Fələstini və qüds məsələsini islam dünyasının dini mentalitetinin ayrılmaz parçasına çevirib. 

Bəyanatda deyilir: Şübhəsiz İmam Xomeyninin(r.ə) mübarək ramazan ayının sonuncu cüməsini ümumdünya Qüds günü adlandırmaqdakı təşəbbüskarlığı sionist rejimin və onun cinayətkar hamilərinin regiondakı təcavüzkarlığını cilovlamağın ən önəmli amillərindən biridir və son 41 ildə bu münasibət bir mediya kimi, Fələstin xalqının məzlumluğu və qəsbkar sionizmin zalımlığını fəryad etmişdir. 

Sabah cümə mayın 22-ci günü ramazan ayının 28-i ümumdünya qüds gününə təsadüf edir. 

İslam inqilabının böyük rəhbəri həzrət Ayətullahül-üzma Xamenei sabah mübarək ramazan ayının sonuncu cüməsi və ümumdünya qüds günündə islam ümmətinə xitabən nitqi daxili və beynəlxalq telekanallar vasitəsi ilə yayımlanacaq. 

Ümumdünya Qüds günündə dünyanın azadlıqsevər xalqları Qüdsü işğal edən rejimə və sionistlərə qarşı öz qəzəb və nifrətini nümayiş etdirir və məzlum Fələsitn xalqını qətiyyətlə dəstəklədiyini bildirir, Qüdsün azad edilməsini və Qüdsə ədaləti fəryad edir.   

Teqlər