May 28, 2020 19:06 Asia/Baku
  • Sepah-ın dəniz qoşunlarına 100-dən çox hərbi gəmi əlavə edilib

İslam İnqialbı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı və İranın müdafiə nazirinin iştirakı ilə keçirilən mərasimdə müxtəlif tipli yüzdən çox hərbi gəmi Bəndər-Abbasda Sepah-ın dəniz qoşunlarının imkanlarına əlavə edilib.

SəhərAzəri xəbər verir, Aşura, Tariq və Zolfəqar kiimi fərqli tiplərdən olan yeni hərbi gəmilər Sepah-ın dəniz qoşunlarının ixtisas mərkəzləri və müdafiə nazirliyinin dəniz sənayesi təşkilatının startap şirkətlərində iranlı mütəxəssislər tərəfindən istehsal edilib və ya yenilənibdir.

Bu gəmilər Sepah-ın dəniz qoşunlarının Fars Körfəzi və Hörmüz boğazı bölgələrindəki döyüş qabiliyyətinin yüksəldilməsində böyük təsirə malik olacaqlar. Bu hərbi gəmilər yüksək hücum qüdrəti, çox aşağı radiolokasiya səviyyəsi, münasib manevr bacarığı, yüksək sürət və son dərəcə qənaətbəxş hidrodinamik qabiliyyətə malikdirlər.

İslam İnqialbı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı vurğulayıb ki, İran heç bir düşmən qarşısında baş əyməyəcək . O, deyib: İranın müdafiəsi- strateji, onun taktikası isə hücum xarakterlidir.

General-mayor pasdar Hüseyn Səlami deyib: Bütün bu dəyərli nailiyyətlər sanksiya şəraitində və iranlı mütəxəssislərin bacarığına söykənməklə əldə olunubdur.

İranın müdafiə naziri də bu mərasimdə söyləyib: İranın azad sularda iştirakını müxtəlif tipli hərbi gəmi və qayıqlar düzəldib, istehsal etməklə artıracağıq.

Briqada generalı Əmir Hatəmi sonra deyib: Hücum və döyüş tipli sürətli gəmilərin dizayn və istehsal edilib, təhvil verilməsi ilə Sepah-ın dəniz qoşunları Hörmüz boğazı xüsusiyyət təşkil etməklə Fars Körfəzinin təhlükəsizlik qurşağını daha da möhkəmlədəcəkdir.

Teqlər