Bu gün Bəqi qəbristanlığının Vəhabbilər tərəfindən dağıdılmasının ildönümü günüdür
Bu gün mayın 31-i şəvval ayının 8-i Ərəbistanın Mədinə şəhərində yerləşən Bəqi qəbristanlığının Ali-Səud Vəhabiləri tərəfindən dağıdılmasının ildönümü günüdür.
SaharAzeri Vəhabilər 1344-ü hicri qəməri ili şəvval ayının 8-i (1926-cı il 21 aprel) Quranın göstərişləri və İslam Peyğəmbərinin (s) sünnəsinin əksinə olaraq və dini səhv başa düşdüklərinə görə, şiələrin dörd məsum İmamı yəni İmam Həsən(ə), İmam Səccad(ə), İmam Məhəmməd Baqir(ə), İmam Cəfəri Sadiq(ə) və İslam peyğəmbərinin (s) hörmətli səhabələrinin Bəqi qəbristanlığındakı məzarlarını dağıdıblar.
Bəqi qəbristanlığı İslamın əvvəlində Həzrət Rəsuli Əkrəmin göstərişi ilə müsəlmanlar tərəfindən yaradılan ilk məzarlıqdır.
Bəqi qəbristanlığının Vəhabilər tərəfindən dağıdılmasından əvvəl, Ərəbistanın Mədinə şəhərində dəfn edilən İmamlar və İslamın digər böyüklərinin məzarları üzərində günbəd və başqa abidələr mövcüd idi. Lakin Vəhabilər bu abidələri də məhv etdilər.
İslam abidələrini dağıtmaq düşmənlər və zalımlar tərəfindən İslam tarixinin əyani sübutları və faktlarını məhv etmək üçün hazırlanmış bir fitnədir.