İyun 04, 2020 14:42 Asia/Baku
  • Azərbaycan Respublikasının baş naziri  vətəndaşlara müraciət edib

Azərbaycanın Baş Naziri Əli Əsədov vətəndaşlara müraciət edərək operativ gərargahın yenidən məhdudiyyətlərə qərar verdiyini bildirib.

SaharAzeri APA-ya istinadla xəbər verir, Azərbaycan Respublikası baş naziri pandemiya ilə əlaqədar tədbirlərdə son yumşaldılma zamanı vətəndaşların böyük bir hissəsinin müəyyən olunmuş qaydalara və təcrid tövsiyələrinə riayət etmədiklərini bildirib və bunun nəticəsi olaraq son günlər infeksiyaya yoluxanların sayının kəskin artdığını xatırladıb. 

Əli Əsədov deyib: Bunlara əsaslanaraq və tibbi qərargahın müraciəti ilə Operativ Qərargah bu gün qərar qəbul edib.

Qərara əsasən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artım səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. Qərarda göstərilən tələblərə riayət olunması məcburidir və mütləqdir.

Baş nazir bildirib ki, xəstəliyin yoluxma halları digər şəhər və bölgələrdə artacağı hallarda sərt tədbirlər gələcəkdə o bölgələrdə də təkrarən tətbiq olunacaq.

Əli Əsədov qərarın icra olunmasına nəzarətin Daxili İşlər Nazirliyinə həvalə olunduğunu xatırladıb.

 

Teqlər