İyun 11, 2020 10:52 Asia/Baku
  • Azərbaycan Fələstinə yardım etdi

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov koronavirusla mübarizə məqsədilə ölkəsinin Fələstinə maliyyə yardımı etdiyini elan edib.

SaharAzeri xəbər verir, Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində keçirilən növbədənkənar açıq virtual iclasında çıxışı zamanı bunu açıqlayıb. .

Onun sözlərinə görə, Azərbaycan Respublikası dünyanın 15-ə yaxın ölkəsinə humanitar yardım göstərmişdir. İnsanların əzab-əziyyətlərinin yüngülləşməsinə yardımçı olmaq və Fələstində yeni növ koronavirusun yayılmasının qarşısını almaq üçün göstərilən səyləri dəstəkləmək məqsədilə Fələstin Qaçqınlarına Yardım və İşlərin təşkili üzrə BMT-nin Agentliyinə (UNRWA) 2020-ci ildə 300 000 ABŞ dolları məbləğində töhfə verib. 

Azərbaycanlı nazir qeyd edib ki, hazırda dünya pandemiyadan çox əziyyət çəkir və pandemiyanın nəticələrinə qarşı mübarizə ölkələr və beynəlxalq təşkilatlar arasında intensiv beynəlxalq əməkdaşlıq və yardım tələb edir.

 

Teqlər