İyun 11, 2020 12:53 Asia/Baku
  • ABŞ-dan təkrar etiraf: Neft səbəbiylə Suriyadayıq

ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığıvürğularaq bildirib ki; İşğalçı ABŞ qoşunları Suriyada neft istismari və gəlir əldə etmək üçün qalır.

 

 

SaharAzeri IRNA-ya istinadla xəbər verir, Amerika Hərbi Times portalı Cümə axşamı günü bildirib, Yaxın Şərq Araşdırma Fondu-nda çıxış edən general Kenneth F. McKenzi, ABŞ-ın Suriya torpaqlarında hərbi mövcudluğunda neft və İŞİD-in iki əsas amil olduğunu bildirib və deyib ki, Suriyadan çıxmaq "tam siyasi bir qərar olacaq".

Bölgədəki həbsxanalardakı 10 min İŞİD məhbusunun təhlükəsi barədə də xəbərdarlıq edən ABŞ generalı, ölkəsinin hərbi qüvvələrinin hələ də İŞİD-lə mübarizə və Suriya Demokratik Qüvvələri ilə əməkdaşlıq etdiyini iddia edib.

ABŞ Qüvvələrinin Qərbi Asiyadakı Mərkəzi Komandanlığı bəyan etdi: Bundan əlavə, Suriya Demokratik Qüvvələrinə kömək etmək üçün neft avadanlığının saxlanmasında yardım və həmin qüvvələrə bu şəkildə pul qazanmalarına kömək etmək üçun Suriyada qlmalıyıq. Bu gəlirdən İŞİD-ə qarşı davam edən əməliyyatlar da daxil, müxtəlif yollarla istifadə edilə bilər.

Yüksək rütbəli amerikalı general proqnozlaşdırdı: “Zaman keçdikcə Bəşər Əsəd (Suriya prezidenti), ölkənin şərqinə diqqətini artırıb bizə təzyiq göstərəcəkdir. Nə olursa olsun, bununla da məşğul olacağıq."

McKenzie əlavə etdi: “Suriyanın şərqində nə qədər qalacağımızı bilmirəm. Vaxtı gələndə çıxacağıq və bu, siyasi qərarı və həyata keçirməyə hazır olacağıq."

Müşahidəçilər Trump administrasiyasının terrorizm və İŞİD-lə mübarizəni, Suriyanın neft ehtiyatlarını qəsb edərək, ona nəzarət etmək üçün bir bəhanə kimi istifadə etdiyini deyirlər. ABŞ prezidenti bunu ötən ilin noyabrında Beynəlxalq Polis Rəhbərləri Assosiasiyasının iclasında açıqladı: “Suriya neftini saxlayırıq və nəzərə alın ki, bunda ayda 45 milyon dollar gəlir var.”

ABŞ Müdafiə Naziri Mark Spear də, ABŞ Prezidentinin bununla bağlı mövqeini vurğularaq, Şimali Suriyanın neft qaynaqlarını qorumanın zəruri olduğunu bildirib və Vaşinqtonun missiyasının həmin neft yataqlarının təhlükəsizliyini təmin etmək olduğunu iddia edib.

Suriya Trump administrasiyasının bu addımını soyğunçuluq adlandırıb və bunun öz ərazi bütövlüyünə və suverenliyinə, həmçinin beynəlxalq qanunlara zidd olduğunun bildirib.

 

Teqlər