İyun 14, 2020 06:03 Asia/Baku
  • PKK üzvlərinin İran daxilində olmaları iddiası təkzib edilib

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın quru qüvvələrinin komandanı bir Türkiyə rəsmisinin PKK ünsürlərinin İran İslam Respublikası ərazisində olmaları iddiasına reaksiyada bu iddianı əsasszı adlandırıb və onu təkzib edibdir.

SaharAzeri xəbər verir,Türkiyənin daxili işlər naziri Süleyman Soylu son zamanlar iddia etmişdi ki, İranın şimal-qərbində bir qrup PKK ünsürü var.

İslam İnqilabı Keşikçiləri Korpusunun quru qüvvələrinin komandanı birqada generalı pasdar Mohəmməd Pakpour bu gün İran-Türkiyə sərhədlərinin durumuna toxunub. Qeyd edib ki, müştərək sərhədlərdə iki ölkənin silahlı qüvvələri arasında olduqca yaxşı və faydalı anlaşmalar mövcuddur.

General Pakpour bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusu qüdrət, izzət, həmçinin dəqiq və hərtərəfli sayıqlıqla sərhədlərdə lazımi təhlükəsizlik və əhatəlilik yaradıbdır.

O, sonra deyib: Gözlənilir ki, dost və qonşu Türkiyə ölkəsinin rəsmiləri sərhəd hadisələri barədə hər cür media bəyanatından öncə rəsmi kanallar vasitəsilə hadisənin düzgünlüyündən əminlik əldə etdikdən sonra İran İslam Respublikası ilə əlaqə quracaq və nəzərdə tutulan mexanizmlər əsasında bu kimi məsələləri izləyəcəklər.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın quru qüvvələrinin komandanı terror ünsürlərinin İran İslam Respublikası ərazisində iştirakını qırmızı xətlərdən adlandırıb və belə deyib: Bu məsələ Tehran üçün dərkolunasıdır ki, qruplaşmaların Türkiyə daxilindəki son əməliyyatları bu ölkə rəsmilərinin üzərində təzyiqin yaranmasına səbəb olub və onları bu kimi iddialar irəli sürməyə məcbur edibdir.

 

Teqlər