Azərbaycanda daha 352 nəfərdə COVID-19 aşkarlanıb, 2 nəfər vəfat edib
https://azeri.sahartv.ir/news/Özəl-i363160-azərbaycanda_daha_352_nəfərdə_covid_19_aşkarlanıb_2_nəfər_vəfat_edib
Azərbaycan Respublikasında koronavirus infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 196 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
İyun 14, 2020 03:42 Asia/Baku
  • Azərbaycanda daha 352 nəfərdə COVID-19 aşkarlanıb, 2 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 196 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

SaharAzeri APA-ya istinadla xəbər verir, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda koronavirusa yoluxanların ümumi sayı isə 9570-ə, sağalanların sayı 5309-a çatıb.

koronavirusdan vəfat edənlərin ümumi sayı da 115-ə çatıb.