İyun 23, 2020 18:58 Asia/Baku
  • Qərb sahilində anti-sionist aksiya

Minlərlə nəfərin iştirakı ilə Əriha şəhərində keçirilən aksiyada Fələstindəki xarici səfirlər və nümayəndələrdən onlarla nəfər iştirak edib. Onlar İordan çayının qərb sahilindən bəzi hissələrin işğal olunmuş ərazilərə qatılması planına etiraz ediblər.

SəhərAzəri xəbər verir, Dünən gecə keçirilən bu aksiyada BMT, Avropa Birliyi, Rusiya, Çin, həmçinin bir neçə Avropa və Qərb ölkəsinin nümayəndələri iştirak ediblər.

Fələstin muxtariyyətinin sözçüsü İbrahim Məlhəm aksiyaçılar qarşısında deyib: Xarici səfirlər və nümayəndələrin anti-sionist aksiyada iştirak etmələri qərb sahilinin işğalı planının icrasına mane olmaq üzrə bir səydir Qeyd olunan plan beynəlxalq qanunların pozulması və Fələstin xalqının haqqına təcavüz sayılır.

BMT-nin Qərbi Asiya məsələləri üzrə koordinatoru Nikolay Mladenov da bu aksiyada vurğulayıb ki, qərb sahilindən bəzi hissələrin işğal olunmuş ərazilərə qatılması beynəlxalq qanunlara ziddir. O, deyib: Əgər bu plan icra olunarsa, müstəqil Fələstin ölkəsinin təşkilinin məhvi ilə nəticələnəcəkdir.

 

Teqlər