Həzrət Məsumə(s.ə)-nın mövludunun ildönümü günü mübarək!
Bu gün ziqədə ayının biri, dünya şiələrinin yeddinci imamı Həzrət Musa ibn Cəfər(ə)-ın əziz qızı Həzrət Fatimeyi-Məsumə(s.ə)-nın mövludunun ildönümü günüdür.
SəhərAzəri xəbər verir, 173-ci hicri qəməri ili ziqədə ayının birində Mədinə şəhərində dünyaya göz açan Həzrət Fatimeyi-Məsumə(s.ə.) fəzilətlər simvolu olubdur.
İslami İranda Həzrət Fatimeyi-Məsumə(s.ə)-nın mövludu günü qız günü adlandırılıbdır.
İran xalqı ötən illərdə Həzrət Fatimeyi-Məsumə(s.ə)-nın Tehrandan cənubda- müqəddəs Qum şəhərində yerləşən pak ziyarətgahında və sair dini məkanlarda olaraq, bu günü qeyd edərdi, ancaq bu il koronavirus epidemiyasına görə, böyüklər öz qızları üçün hədiyyə alaraq, Həzrət Fatimeyi-Məsumə(s.ə)-nın mövludu gününü bayram ediblər.
Həzrət Fatimeyi-Məsumə(s.ə)-nın mövludunun ildönümü günü olan bu gündən iyulun 3-dək dünya şiələrinin səkkizinci imamı İmam Rza(ə)-ın mövludunun ildönümü gününədək olan müddət İranda"kəramət ongünlüyü" adlandırılıbdır.
İran İslam Respublikasının TeleRadio Təşkilatı Həzrət Fatimeyi-Məsumə(s.ə)-nın mövludu gününün gəlib çatması münasibətilə paklıq Əhli-Beyti(ə)-ı sevənləri təbrik edir.