1000-dən çox avropalı millət vəkili Qərb sahilinin ilhaq edilməsinə qarşıdır
https://azeri.sahartv.ir/news/Özəl-i363694-1000_dən_çox_avropalı_millət_vəkili_qərb_sahilinin_ilhaq_edilməsinə_qarşıdır
Avropa Parlamentlərinin 1000-dən çox üzvü bir məktub imzalayaraq sionist rejimin Qərb Sahilinin bəzi ərazilərini işğal olunmuş Fələstin ərazilərinə ilhaq etmək planına qarşı qarşı olduqlarını bildiriblər.
(last modified 2024-06-22T21:55:02+00:00 )
İyun 24, 2020 18:40 Asia/Baku
  • 1000-dən çox avropalı millət vəkili Qərb sahilinin ilhaq edilməsinə qarşıdır

Avropa Parlamentlərinin 1000-dən çox üzvü bir məktub imzalayaraq sionist rejimin Qərb Sahilinin bəzi ərazilərini işğal olunmuş Fələstin ərazilərinə ilhaq etmək planına qarşı qarşı olduqlarını bildiriblər.

SəhərAzəri xəbər verir, Məktubu imzalayanlar İsrailin təklifləri və seçimləri ilə bağlı narahatlıqlarını qeyd edərək, dünya ictimaiyyətini həmin planlara "müvafiq cavab" verməyə çağırıblar.
BBC News-un məlumatına görə, məktubu imzalayanların arasında 240 İngilis millət vəkili var və Sionist rejimin Londondakı səfirliyi məktub barədə fikir bildirməkdən imtina edib.
İordaniya çayının Qərb Sahili ilə yanaşı yəhudi yaşayış məntəqələrini ilhaq etmək planı iyulun 1-dən qüvvəyə minəcək.