ABŞ-ın raket hücumunun 290 şəhidinin xatirəsinə...
Bu gün 1399-cu günəş ili tir ayının 12-si, 2020-ci il iyulun ikisi, ABŞ-ın «Vinsens» hərbi gəmisinin Bəndər-Abbasdan Dubaya uçan İranın Airbus sərnişin təyyarəsinə qarşı raket hücumunun ildönümü günüdür.
SaharAzeri xəbər verir, 32 il bundan öncə belə bir gündə Amerikanın «Vinsens» hərbi gəmisinin İranın sərnişin təyyarəsinə iki raket atması nəticəsində təyyarənin bütün 290 sərnişini, o sıradan 66 uşaq və 53 qadın şəhid oldu.
Bu təyyarənin süqutundan sonra ABŞ rəsmiləri həmin bağışlanmaz cinayəti əsaslandırmaq üçün təzadlı dəlillər gətirdilər və bu düşmənçilik hərəkətini bir səhv kimi göstərməyə çalışdılar, amma «Vinsens» hərbi gəmisinin ən modern radar və kompyute sistemlərilə təchiz olunmasına, həmçinin uçmaqda olan təyyarənin tipinin aydın olmasına görə, qəti şəkildə məlum oldu ki, səhv ehtimalı olmayıb və bu hərəkət tamamilə düşmənçilik hərəkəti olubdur.
Bu gün həmin hücum qurbanlarının ailələri və məsul şəxslər Fars Körfəzi sularında sərnişin təyyarəsinin 290 sərnişinin şəhid olduğu məkanı çiçək yağışına bürüyərək, bu bəşəriyyətə zidd cinayəti qurbanlarının xatirəsini yad edirlər.