İyul 02, 2020 19:06 Asia/Baku
  • İran öz müdafiə əsasını gücləndirmək üçün heç bir qanuni səyi əsirgəməyəcək

İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: Bir halda ki, Amerika rəsmiləri İran xalqına qarşı hərbi seçimin masa üzərində olduğunu bildirir və özlərinin regiondan çıxmalarını ləngidirlər, İran öz müdafiə əsasını gücləndirmək üçün heç bir qanuni səyi əsirgəməyəcək.

SaharAzeri xəbər verir, Seyyed Əbbas Mousəvi dünən gecə Amerikanın İran məsələləri üzrə xüsusi nümayəndəsi Brayan Hookun sözlərinə, həmçinin region ölkələrinə qarşı təfriqə mahiyyətli tapşırığına və İran əleyhinə təhdidlərinə reaksiyada onun tərəfindən deyilmiş sözləri əsassız adlandırıb və kəskin tərzdə pisləyərək, rədd edibdir.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi sonra deyib: Hook eyni zamanda silah məhdudiyyətlərinin uzadılması məsələsini əsassız şəkildə əsaslandırmaq üzrə əbəs səylə İrana qarşı hərbi seçimdən danışır. Bu seçimin istehlak müddəti başa çatıb və illər boyudur ki, onu Amerikanın illüziyalı prezidentlərinin masaları üzərində torpaq basıbdır.

İranın diplomatiya aparatının sözçüsü sonra vurğulayıb: Regiona qarşı real təhdid, Amerikanın səbatsızlaşdırıcı və təxribatçı iştirakı, regionun hərbi bazalara çevrilməsi, həmçinin bu ölkənin hərbi sənayesinin məhsullarının asan satışı məqsədilə qorxu yaratmaq və təfriqə salmağa görə, bölgənin inkişafının qarşısının alınmasıdır.

Mousəvi bildirib ki, regionun təhlükəsizliyinin region ölkələri tərəfindən təmini İran İslam Respublikasının sabit və prinsipial siyasətidir. O, sonra deyib: İranın hərbi proqramlarının mahiyyəti tamamilə müdafiə xarakterlidir.

Teqlər