Türkiyə rəsmiləri Azərbaycan Respublikası prezidentilə görüşüblər
https://azeri.sahartv.ir/news/Özəl-i369492-türkiyə_rəsmiləri_azərbaycan_respublikası_prezidentilə_görüşüblər
Türkiyənin hərbi-təhlükəsizlik heyəti Azərbaycan Respublikası prezidentilə görüşdə onunla Qarabağ bölgəsində atəşkəs razılaşmasındakı maddələrin icra tərzini araşdıırbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 12, 2020 08:59 Asia/Baku
  • Türkiyə rəsmiləri Azərbaycan Respublikası prezidentilə görüşüblər

Türkiyənin hərbi-təhlükəsizlik heyəti Azərbaycan Respublikası prezidentilə görüşdə onunla Qarabağ bölgəsində atəşkəs razılaşmasındakı maddələrin icra tərzini araşdıırbdır.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikası prezident administrasiyasının bildirdiyinə görə, bu ölkənin prezidenti İlham Əliyev Türkiyənin xarici işlər və müdafiə nazirləri Mövlud Çavuşoğlu və Xulusi Akar, eləcə də Türkiyə kəşfiyyat təşkilatının rəisi Hakan Fidanla görüşdə deyibdir ki, Qarabağ bölgəsində Rusiya ilə Türkiyə arasında atəşkəsə nəzarət üzrə müştərək bir mərkəz yaradılcaqdır ki, bu da mühüm bir addımdır.

İlham Əliyev bildiribdir ki, Ermənistan qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən çıxmaları üzrə zaman cədvəli işlənib hazırlanıbdır və onlar cari ayın sonunadək bütün işğal altda olan torpaqlardan çıxmalıdırlar. O, deyib ki, buna görə, bu mərkəzin tez bir zamanda yaradılması xüsusi bir önəmə malikdir.