Fev 20, 2021 22:36 Asia/Baku
  • İİR Ordusunun iki HHM layihəsinin təqdimatı olub

Bu gün İran İslam Respublikası Ordusunun hava hücumundan müdafiə qüvvələrinin iki əməliyyat və texnologiya layihəsinin açılışı olub.

SəhərAzəri xəbər verir, bu iki yeni nailiyyətin açılışı üzrə rəsmi mərasim İran İslam Respublikası Ordusunun hava hücumundan müdafiə qüvvələrinin komandanı briqada generalı Səbbahifərdin və İranın elm və texnologiya üzrə vitse-prezidenti Sorena Səttarinin iştirakı ilə keçirilib.

Bu gün təqdim olunan iki layihə radar, yardım və xilasetmə sahələri üzrə olub.

Modern radar kimi ilk nailiyyət olan «Bəhmən» radiolokasiya sistemi çox kiçik uçan obyektləri üzə çıxarmaq qabiliyyətinə malikdir.

İkinci nailiyyət isə «Nicat» sistemi adlandırılan özüyeriyən əməliyyat otağının dizaynı və inşasıdır.

Bu layihələrin rəsmi açılışı mərasimində İran İslam Respublikası Ordusunun hava hücumundan müdafiə qüvvələrinin komandanı briqada generalı Səbbahifərd deyib: «Bəhmən» radiolokasiya sistemi layihəsi şəhər mühiti də daxil olmaqla bütün mühitlərdə quraşdırılmaq üçün və heç bir əlamət və siqnal yaymadan çox kiçik uçan obyektlərin üzrə çıxarılması məqsədilə dizayn edilərək, düzəldilibdir.

General Səbbahifərd söyləyib: Xilasetmə sisteminin konstruksiyası və düzəldilməsində məqsəd, dəstək sahəsində döyüş qabiliyyətini yüksəltməkdən əlavə, lazım olan hallarda xalqa kömək etmək və böhranlı mövqelərdə ona xidmət göstərmək imkanına malik ola biləcək özüyeriyən əməliyyat otağı formasında taktiki bir kompleksin yaradılmasıdır.

Teqlər