Fev 25, 2021 12:10 Asia/Baku
  • Müqəddəs Qum şəhərində beynəlxalq Qarabağ konfransı keçiriləcək

İranın Qum şəhərində Dini Elmlər Hövzələri İdarəetmə Mərkəzinin təşəbbüsü ilə və Həzrət Ayətullahuluzma Xameneinin Rəbiül-Əvvəl ayının 17-də (2020-ci il 3 noyabr) Qarabağ məsələsi ilə bağlı çıxışını araşdırmaq məqsədilə ilk Beynəlxalq "Qarabağ 17 Rəbiül-Əvvəl" Konfransı keçiriləcək.

SəhərAzəri xəbər verir ki, martın birində keçiriləcək bu konfransda, Həzrət Ayətullahuluzma Xameneinin Qarabağla bağlı çıxışının əsas istiqamətləri, o cümlədən "Azərbaycanın bütün əraziləri işğaldan azad edilməlidir", "Bu ərazilərdəki ermənilərin təhlükəsizliyi təmin edilməlidir", "Tərəflər beynəlxalq sərhədləri pozmamalıdırlar" və "Əgər terrorçular İran sərhədlərinə yaxınlaşarlarsa, qətiyyətli cavab verəcəyik" və bu kimi mövzular nəzərdən keçirilib, şərh ediləcək.

İslam İnqilabının Böyük Rəhbəri, Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli və qan tökülməsinə son qoyulması üçün bu  əsas məqamları Rəbiül-Əvvəl ayının 17-də etdiyi çıxışında buyurmuşlar.

Konfransda İran, Azərbaycan və Qafqazdan olan aparıcı İslam alimləri və akademiklər iştirak edəcəklər.