Mart 01, 2021 18:00 Asia/Baku

İranın Qum şəhərində Beynəlxalq "17 Rəbiül-Əvvəl Qarabağ " Konfransı keçirilib.

Verilişin müddəti : 00:03:43

Tarix :        01-03-2021

 

-------------------------------------------------------

 

SəhərAzəri xəbər verir ki, bu konfransda, Həzrət Ayətullahuluzma Xameneinin Qarabağla bağlı çıxışının əsas istiqamətləri, o cümlədən "Azərbaycanın bütün əraziləri işğaldan azad edilməlidir", "Bu ərazilərdəki ermənilərin təhlükəsizliyi təmin edilməlidir", "Tərəflər beynəlxalq sərhədləri pozmamalıdırlar" və "Əgər terrorçular İran sərhədlərinə yaxınlaşarlarsa, qətiyyətli cavab verəcəyik" və bu kimi mövzular nəzərdən keçirilib, şərh edilib.

Konfransda İran, Azərbaycan və Qafqazdan olan görkəmli din xadimləri və akademiklər iştirak ediblər.

Azərbayca Respublikasının İrandaki səfiri bu konfransda çıxış edərək deyib: Az. R-nın prezidenti İlham Əlieyvin istəyi ilə Tehran  ilə Bakı arasındakı əlaqələr genişlənməkdədir. Və bu əlaqələrin davamında biz əminiq ki üç qafqaz ölkəsinin əməkdaşlığı ilə 44-günlük Qarabağ müharibədən ortaya çıxan problemlər aradan qaldırılacaq.

“Misal üçün Qarabağ müharibəsi nəticəsində Culfa dəmiryolu xətti bağlanmışdır ki çalışılar bu dəmir yolu xətti yenidən işə salınsın.”

“Həmçinin Azərbaycan, Naxçıvan vasitəsi ilə bu dəmir yoluna birləşəcək və bu da müharibədən əldə edilən nəticələrin biridir.”

 “Biz sülh proqramlarımızın davamında sadəcə müharibənin qalibi kimi yox , təhlükəsizliyi aradan qaldırmaq üçün çalışırq.”

Azərbaycan Respublikasının Tehrandakı səfiri  Çıxışının davamında deyib : “44 günlük müharibədə müsəlman ölkələr Azaərbaycanı himayə etdilər  bu arada İran İslam Respublikası hava dəniz və torpaq sərhədlərini bağladı ki bu bizim üçün çox önəmli idi.

Səfir sonra deyib: İkinci Qarabağ müharibəsi zamanı Dini Elmlər Hövzəsinin alimləri tərəfindən bəyanatlar verildi ki buütün bunlar bizim üçün mənəvi dəyər və dəstək kəsb edir. “17 Rəbi Konfransına” gəlincə isə deməliyəm ki Ali Məqamlı Rəhbərin dəyərləi çıxışları və müraciətləri bizim üçün dəyərli hədiyyə idi. Azərbaycan dövləti xəbərdar olduqdan dərhal sonra öz təşəkkürünü bu bəyanatla bağlı bildirdi.

Az. R-nın İrandakı səfiri  Bünyad Hüseynov “Biz əminik ki Az. R. Xalqının birliyi və döst ölkələrin köməyi ilə müharibədə zərər görmüş dini obyektlər o cümlədən məscidlərin bərpası və bu kimi problemlər aradan qaldırılacaq.” Deyə sonda dedi.

“17 Rəbi konfransı”-nın başqa iştirakçılarından oaln DEVAM sədri İlaqar İbrahimoğlu da çıxış edərək deyib:  Bu konfransı(17 Rəbi Konfransı) mübarək bir şəhərdə (Qum)-da keçirilir ki bizim üçün fürsət və bir dəyərdir.

Azərbaycan Dini Elmlər və Vücdan Azadlığı Mərkəzi-nin Sədri həmçinin deyib: “44 günlük Qarabağ müharibəsində Azərbaycan insanı üçün İslam ümmətinin böyük şəhidliyinin və onu dünyada bir əyyamullah vurğulaması kimi biz bunu anavətən müharibəsində yaşadıq. Allahın lütfü ilə bu hiss olundu.”

“Ayətullah Xamenei cənablarının istər Az. R-daki təmsilçisinə istər İranda olan nümayəndələrinə öz minnətdarlığımı çatdırıram. Bu əyyamullahın bir müəqddiməsi oldu . İyul ayında, ki ermənilər hücuma keçib və Tovuz tərəfindən Gəncəyə qədər keçmə xəyalında oldular, Az. R. ordusu yüksək şəhidliyi ortaya qoydu və onların pak qanının bərəkətinə Az. R. xalqı daha öncəki olmaq istəmirdi. Bu xlaq Yeni səhifə açdı. Az. R xalqı artıq məğlubiyyət sinxromundan yorulmuşdu. Və bu mərhələdə Az. R ümmətinın daha doğrusu İslam ümmətinin torpağında nurani hərəkət baş verdi.”

“ Müharibə müddətində hər gün toplumun özünə qayıdışını canlı şahid olduq. Az. R. xalqı bir oldu. Yanlız dəyərləi varları olan insanları İslam ümmətinə şəhid təqdim etdi və “Ləbbəyk ya Hüeyn” deyərək onu cəbhəyə yola salıb şəhid yetişdirdi”.

“Biz təsəvvür edirik ki hər il olan ərbəyinin möhtəşəm halını biz bu müharibədə gördük.”

Hacı İlqar İbrahimoğlu çıxışının davamında deyib: “Keçən əsirdə 20-ci əsirdə torpaqlarımızı müxtəlif bəhanələrlə bizdən almışdılar. Bu gün isə məğlub olandan sonra ordan getmk istəmirlər. Amma İslam İnqilabının Böyük Rəhbərinin dediyi kimi bu ərazilər gərək ki təmizlənsin.”

“Mən bu konfranda iştirakı olan İran rəsmilərinə , Vəliyyi fəqihin nümayəndələrinə öz təşəkkürümü bildirirəm.”

Qafqaz Müsəlmanları İdarəsinin sədri “Qarabağın azadlığı, İlahi bir tofiq idi.” Sonda dedi.

 

 

-------------------------------------------------------

http://azeri.sahartv.ir/news

Xəbərlər proqramı İran, Azərbaycan Respublikası və dünyanın önəmli olaylarını əks etdirir.

Teqlər